Şou-biznes

“Bayağı mahnılar gəncliyimizin tərbiyəsini pozur“ - VİDEO

14 İyun 2023 19:58
Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Mənsum İbrahimov efirlərdə bayağı mahnıların səslənməsinin qarşısının alınması üçün şura yaradılması ilə bağlı təklif irəli sürüb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,  bu haqda sənətkar qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.

Xalq artisti bildirib ki, bayağı mahnılar gənclərimizin tərbiyəsini pozur:

"Bu, çox problemli məsələdir. Televiziyalarda sənətkarlardan və ziyalılardan ibarət ümumi şura yaradılmalıdır ki, efirdə bayağı mahnılar səsləndirilməsin. O zaman keyfiyyətsiz musiqi də olmaz. Keyfiyyətsiz musiqilər insanların zövqünü korlayır. Genefondumuza zərbədir. Gəncliyimizin tərbiyəsinə çox böyük mənfi təsir edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.