Şou-biznes

"Afaqa dedim ki, həmin gün işdə olmasan, səni bloka atacağam"

2 İyun 2023 14:15
Baxış: 1 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində həmkarı Afaq Gəncəlinin səhhətindən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, Afaqın sentyabrdan etibarən efirə çıxacağını açıqlayıb:

"Afaqı bu gün görəndə uşaq kimi sevindim. Nə yaxşı ki, gəldin dedim. O, səhhətində yaşadığı problemlərə görə, bir az efirdən uzaq qalmışdı. Çünki sağlamlığı daha önəmli idi. Getdi əməliyyat olundu. Onu əməliyyatdan sonra ziyarətə gedəndə demişdim ki, Afaq, 1 iyun tarixində işdə olmasan, səndən küsəcəyəm, bloka atacağam, toparlan işə qayıt, sentyabr çox gecdir. Bunu uşaq kimi yadında saxlayıb ki, Lalənin xətrinə dəyə bilərəm. Görürəm ki, Afaq durub işə gəlib. Deyir ki, sentyabrdan da efirə qayıdacağam. Afaq, qayıt, çünki efir səni çox sevir". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.