Şou-biznes

“Plastik əməliyyata ehtiyacım yoxdur”

26 May 2023 18:24
Baxış: 1 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İfa etdiyim mahnılarda janr dəyişikliyi var. Nə edim? Çörək haradadır, ora da gedirəm (gülür). Artıq zaman dəyişilib. Müasirləşirik. Mahnı üzərində çalışdığım musiqiçilər hamısı müasir və çox istedadlıdır. Əslində, bu müasirlik yox, fəqlilikdir. Yerimdə saymağı sevmirəm. İstəyirəm ki, hər zaman önə gedim və dəyişikliklər olsun".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı deyib.

Heç kimin fikri ilə oturub-durmadığını söyləyən sənətçi bildirib ki, stilist və vizajist Elnur Həsənovla fikirləri üst-üstə düşdüyü üçün iş birliklərinin ömrü uzun olacaq:

"Fərqlilik təkcə ifa etdiyim mahnılarda deyil, diqqət yetirsəniz görərsiniz ki, bu özünü geyim tərzimdə, fotosessiyalarda və kliplərdə də göstərir. Artıq uzun müddətdir ki, stilist və vizajist Elnur Həsənovla çalışıram. O, mənim nə istəyib, istəmədiyimi, nə olar, nə olmazı çox gözəl anlayır. Məhz buna görə bizim iş birliyimiz uzun illərə dayanır. Fikirlərimiz çox zaman üst-üstə düşür. Xoşuma gəlməyən məsələ olanda hər zaman sözümü deyirəm. Heç kimin fikri ilə oturub-duran insan da deyiləm".

İstirahət üçün "həftə səkkiz, mən doqquz" xarici ölkələrə, eləcə də adalara üz tutan Gülay bu yayı Türkiyənin turistik şəhəri olan İzmirdə keçirəcəyini açıqlayıb: 

"İnsana gəzmək qalacaq. Yay mövsümündə planlarımızda xaricə getmək var (Bu anda Gülayın qızı Sahilə İzmir şəhərinə gedəcəyini söyləyir). Artıq qızım dedi. Bəli, qızım, rəfiqələrimlə birgə İzmirə gəzməyə, istirahət etməyə gedəcəyik". 
G.Zeynallı qızı Sahiləyə qadağalar qoymadığını söyləyib:

"Qızım artıq böyüyüb. Hər şeyin yerini bilir, başa düşür. Sizdən öncə televiziya kanallarının birinə müsahibə verdiyimdə, Sahilə çəkildi kənara. İnsanın gərək öz qabında olsun. Deyim ki, olmaz gedib onu edəcəksə, bu, mümkün olan şey deyil. Amma artıq o, olmazları dərk edir. Qızım əsas savadlı olmaq istəyir. Arada vəkil, polis olmaq istəyir. Onun üçün nə xeyirli olacaqsa, qoy o da olsun".

Son zamanlar şou əhlinin gözəlləşmək və cavanlaşmaq üçün bıçaq atına uzanması mövzusuna Gülay müsbət yanaşsa da, lakin özü plastik əməliyyat etdirmək niyyətində olmadığını vurğulayıb:

"Heç yerimi plastik əməliyyat etdirməmişəm. Buna hələ ki ehtiyacım da yoxdur. Plastik və estetik əməliyyat keçirən həmkarlarıma da pis baxmıram. Hərənin bir düşüncəsi var və hərə necə istəyir elə də addım atır. Amma mənə gəldikdə isə təbii gözəlliyi daha üstün tuturam. Görünüşümdə heç bir dəyişiklik etmək istəmirəm. Bu haqda da düşünmürəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.