Aktyor Mehmet Aslantuğ boşanma qərarı aldığı 27 illik həyat yoldaşı Arzum Onanın Analar Gününü təbrik edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Mehmet mayın 29-da boşanmağa hazırlaşdığı xanımı Arzumun şəklini yayımlayaraq bunları yazıb:
"Kapitanın seyr dəftəri. Yenə və yenidən demək lazımdır. Sadəcə kişiləri anladığınız üçün deyil, onlara bitməyən tamahkarlıqlara və mübahisəyə rəğmən, dirəndiyiniz, hər şeyi gözəlləşdirdiyiniz üçün təşəkkürlər. Ana olsanız da, olmasanız da".
Arzum isə ona "Canım mənim" cavabını verib.
Milli.Az