Şou-biznes

Hüseynin dronla çəkilişi zamanı qorxan uşağa gülməsi tənqid olundu - VİDEO

1 May 2023 12:48
Baxış: 2 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov son paylaşımı tənqid olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Tacikistanda səfərdə olan bloger dağlarda dronla çəkiliş apararkən uşaqlardan biri obyektivə tuş gəlib. O, əvvəlcə kameraya əl etsə də, daha sonra qorxub və qaçmağa başlayıb. Bir neçə dəfə qaçarkən yıxılan uşağın görüntülərini paylaşan Hüseyn bunu gülüş hədəfinə çevirib. O, görüntülərə "Mən və mənim problemlərim (uşaq bizim dronumuzun naməlum uçan obyekt olduğunu düşünürdü)" deyə, yazaraq gülüş emojisi qoyub.

Bu isə izləyicilərin heç də hamısı tərəfindən xoş qarşılanmayıb. Onun ünvanına "Uşaq necə də qorxdu, heç gülməli deyil, neçə dəfə yıxıldı, dəhşətdir", "Məncə, bu, çox qorxuludur", "Hüseyn niyə bizimkilərə gülür. Tacikistandan üzr istəməlidir", "Sizə gülməlidir, amma uşaqlar stres keçirir", "Burada gülməli heç nə yoxdur" kimi şərhlər yazılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.