Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Kadir Doğulunun ötən gün Alaçatıda restoranların birində bir xanımla qucaqlaşaraq, aktrisa həyat yoldaşı Neslihan Atagülə xəyanət etməsi xəbərləri mətbuatın gündəmini zəbt edib.
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, baş verən hadisədən sonra aktrisanın anası Perihan Çıtlak qızını yanına çağıraraq işə qarışıb.
Sənətçinin anası qızının Kadir Doğulu ilə boşanmasını istədiyini bildirib.
Neslihan isə başına gələn xoşagəlməz hadisələr fonunda heç kimlə danışmaq istəmədiyini deyib. Amma onun Kadirlə birgə yaşadığı evi tərk etdiyi deyilir.
Milli.Az