Şou-biznes

Sem Əsgəridən Britni Spirsdən boşanma şayiələrinə cavab - FOTO

2 Aprel 2023 16:31
Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl mətbuatda Britni Spirs və Sem Əsgərinin boşanma ərəfəsində olması barədə xəbərlər yayıldı. Məsələ burasındadır ki, toydan 9 ay sonra yeni evlənənlər nikah üzüklərini çıxarıblar. Bundan əlavə, son vaxtlar müğənni sosial şəbəkələrdə əri ilə fotolarını yayımlamır, ancaq agenti və dostu Keyt Hadsonla tətil şəkillərini paylaşıb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, Sem Əsgəri boşanma şayiələrinə qeyri-adi üsulla cavab verib. O, nişan üzüyünü açıq-aydın göstərən bir neçə foto yayımlayıb.

Yeri gəlmişkən onun meneceri Brandon Koen ulduzların evliliyində problem olduğunu inkar edib.

"Semin ailə problemi yoxdur. Sadəcə filmdə çəkildiyi üçün üzüyü çıxardıb", - deyə şərh verib.

Spirsin özü gəzən söz-söhbətə hələ cavab verməyib.

Qeyd edək ki, Britni Spirs və Sem Əsgəri 2022-ci ilin iyun ayında evləniblər.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.