Nəfəsin efirdən dediyi bu sözlər POLİSİ HƏRƏKƏTƏ KEÇİRDİ - İlginc AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni efirdə yol hərəkəti qaydalarını pozduğunu etiraf edib.
Belə ki, ATV telekanalında yayımlanan verilişlərdən birində qonaq olan Nəfəs adı ilə tanınan müğənni sükan arxasına keçdiyi ilk gündən bu günə qədər təhlükəsizlik kəmərindən istifadə etmədiyini deyib.
O bildirib ki, təhlükəsizlik kəmərindən istifadə edə bilmir:
"Həqiqətən də maşına oturduğum ilk gündən bəri kəmər taxa bilmirəm. Həmişə polislər saxlayırlar. Doğurdan taxa bilmirəm. Bir gün bu dünyadan köçsəm, bilin ki, o kəmər üstündə köçmüşəm. Amma siz kəmər taxın".
İctimai şəxsin efirdən bu cür çağırış etməsi mənfi nümunə hesab edildiyindən sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis mayoru Rövşən Tağıyev oxu.az-a açıqlamasında bildirib ki, bu və digər formada olan mənfi təbliğatın daim əleyhinə olub:
"Xüsusən cəmiyyətdə tanınan insanların öz nümunəvi hərəkətləri ilə fəaliyyətimizdə bizə daha çox dəstək olmalarını gözləyirik. Vəzifəsindən, qulluq mövqeyindən, əmlak vəziyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir və qanun hər kəsə şamil edilir. Qayda pozuntusu varsa, əlbəttə bunun məsuliyyəti də olacaq.
Heç bir bəhanə qayda pozmağa əsas gətirilə bilməz. Bəlkə kimlərsə öz həyat və sağlamlığına biganə yanaşa bilər, ancaq biz qurum olaraq o formada düşünənlər də daxil olmaqla hər kəsin həyat və sağlamlığına dəyər veririk və insanlarımızın yollarda xəsarət almamaları və həyatlarını itirməmələri üçün gecə-gündüz çalışırıq. Bu istiqamətdə də hər kəsdən kömək və dəstək gözləyirik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)





