Şou-biznes

7 aylıq hamilə aktrisa: "Çox yaxında evlənəcəyik" - FOTO

24 Mart 2023 14:28
Baxış: 1 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin tanınmış aktrisası Funda Eryiğit iki ildir sevgili olduğu, baş rejissor Berkun Oya ilə evlilik hazırlıqlarından danışıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, yeddi aylıq hamilə olan aktrisa "Küheylan" teatr oyununun qala gecəsindən çıxarkən, görünüb.

Kameralara qarnı burnunda pozalar verən 38 yaşlı Funda evlilik haqqında suallara cavab verib:

"Çox yaxında evlənəcəyik. Evlilik hazırlıqlarına bir az ara vermişdik. Planlarımız bəzi hadisələrə görə pozulmuşdu. Ancaq hər şey qaydasındadı. Hamiləliyimin 28-ci həftəsindəyəm. Körpəmizin cinsiyyəti və adı bizə qalsın. İndidən açıqlamaq istəmirik".

Qeyd edək ki, Funda Eryiğit sevgilisi Berkun Oyanın rejissorluq etdiyi "Bir başkadır", "Cici" kimi seriallarda yer alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.