"Moskvada qaldığım zamanda müxtəlif kiçik korparativlərdə çıxış edirdim. Amma toylarda iştirak etmirdim. Moskvaya sırf orada işləmək üçün deyil, səhhətimdə yaranan problemlər səbəbi ilə getmişdim".
Milli.Az xəbər verir ki, bu sözləri müğənni Samir Cavadzadə Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Sənətçi səhhəti ilə bağlı uzun müddət Moskvada müalicələr aldığını söyləyib:
"Pandemiyada Rusiyada, Moskvada idim. Bir müddət sonra Bakıya gəldim və daha sonra yenidən ora qayıtdım. Orada səhhətimdə ciddi problemlər yarandı. Mədə və bağırsaqlarımdan müalicələr aldım. Məsləhət gördülər ki, Moskvada müalicə alım. Orada əməliyyat olunmalı idim. Aldığım müalicələr yaxşı təsir göstərdiyi üçün əməliyyatımı ertələmişəm. Amma yaxın aylarda əməliyyat olunacağam".
Milli.Az