“Toppuş bacı”nın ölümünü nə sürətləndirdi? - Həkimdən açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyeva ötən gün uzun sürən onkoloji xəstəliyin ardından vəfat etdi.
İllərdir xərçəng xəstəliyindən əziyyət çəkən aktrisanın xəstəliyinin irəliləməsinə səbəb kimi həm də mədəkiçiltmə əməliyyatı göstərilir. Belə ki, mərhum sənətçi artıq çəkilərindən qurtulmaq üçün iki dəfə sözügedən əməliyyatı keçirmişdi.
O, ilk əməliyyatını 2013-cü ildə türkiyəli həkimə həvalə etsə də, nəticə uğursuz oldu. Bundan sonra sənətçi ikinci dəfə Tariyel Ömərov adlı həkim tərəfindən əməliyyat olundu. Bundan bir müddət sonra isə səhhəti pisləşən aktrisada xərçəng xəstəliyi aşkarlandı və dərhal əməliyyat olundu. Buna baxmayaraq, həmin gündən sonra sənətçi bir daha əvvəlki sağlamlığına qovuşa bilmədi.
Sənətçi özü də qonaq olduğu efirlərdə mədəkiçiltmə əməliyyatından sonra yaxşı yeyə bilmədiyi üçün immunitetinin azaldığını və xəstəliyin onu üstələdiyini dəfələrlə açıqlamışdı.
Aktrisanın ölümü son zamanlar sürətlə yayılan mədəkiçiltmə əməliyyatlarını bir daha gündəmə gətirib. Sözügedən əməliyyatların həyatı təhlükə yaradıb-yaratmaması, hansı hallarda risk daşıdığı müzakirə olunub.
Bəs, hansı hallarda mədəkiçiltmə əməliyyatı etmək olar? Ümumiyyətlə, mədəkiçiltmə əməliyyatı xərçəng yaradırmı?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla xərçəng xəstəliyini birbaşa bariatrik cərrahiyyə ilə əlaqələndirməyin düzgün olmadığını bildirib:
"Mədənin həcminin kiçildilməsi (Sleeve Gastrektomiya) zamanı qida qəbulu azalır və bədən çəki itirir. Xərçəng xəstəliyinin yaranma səbəbləri tibbə tam aydın deyil. Burada immun sisteminin zəifləməsi, kimyəvi konserogenlər, bəzi ankogen viruslar, ionlaşdırıcı şüalanma və s. xeyli rolu var. Ona görə də bu xəstəliyin yaranma səbəbini birmənalı demək çətindir. Amma nəzərə alaq ki, onkoloji xəstəliklər həm də immun sisteminin zəifliyinə bağlıdır. Məsələn, Covid-19 pandemiysından sonra ümumi onkoloji xəstəliklərin xüsusi çəkisinin artması müşahidə olunur. Burada hansısa səbəb-nəticə əlaqəsi ola bilər".
Onun sözlərinə görə, onkoloji xəstəliklərin səbəbi bilinmədiyi kimi, bunun birmənalı müalicəsi də mümkünsüzdür:
"Bütövlükdə götürəndə isə onkoloji xəstəliklərin səbəbləri tam bilinmir. Belə bir deyim var ki, hər bir oqranizm öz onkologiyasına qədər yaşaya bilir. Dünyada nə qədər insan orqanizmi varsa, o qədər onkologiya olacaq, sadəcə olaraq bunun sayının artmasından söhbət gedə bilər. Heç vaxt da onkoloji xəstəliklərin birmənalı müalicəsi söhbəti olmayacaq. Müəyyən gəlişmələr, yaxşılaşmalar olacaq, amma onkoloji xəstəliklərə birdəfəlik nöqtə qoymaq mümkün olmayacaq. Bu birmənalıdır. Ona görə də mən hesab edirəm ki, mədəkiçiltmə əməliyyatlarının birbaşa xərçəng yaratdığı haqqında rəy irəli sürmək düzgün deyil. Hər halda, bariatrik cərrahiyə yeni başlayıb və bununla bağlı nəticələr ümumiləşdirilir. Ola bilər ki, bir zaman sonra bu əməliyyatlar vətəndaş hüququ qazanmasın, ola bilər, daha geniş yayılsın. İndidən bunu demək çətindir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir - (Video)
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
-
Qızıl ucuzlaşdı
-
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
-
Rusiya ordusunun itkiləri açıqlandı
-
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
-
Almatıda zəlzələ oldu
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
“JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - (Foto)
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
-
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
-
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
"Brent" bahalaşdı
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş





