Şou-biznes

Ələkbər Yasamallıdan intihar edən bacısı oğlu ilə bağlı paylaşım - VİDEO

19 Yanvar 2023 17:33
Baxış: 2 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meyxanaçı Ələkbər Yasamallı 2020-ci ildə intihar edən bacısı oğlu Şamxalla bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi paylaşımında bu sözləri əlavə edib:

"30 yaşımdan 40 yaşıma kimi keçən 10 il çox tez keçdi. Amma Şamxalsız keçən bu 3 il sanki ağrılı, acılı, hər saniyəsi mənə və ailəmizə kədər dolu 30 il kimi görsəndi. Kaş bu sözləri sən mənim üçün yazardın, Şamxalım. Kaş, deyə-deyə 3 il də hər saniyəsi ağrılı keçdi. Səninlə üzbəüz dayanıb dərtləşmək üçün nələr verməzdim. Sənə ancaq yaxşı şeylərdən danışardım. Sən gedəndən təəssüf ki, yaxşı nəsə olmayıb. Olubsa da bizə yaxşı kimi görsənməyib. Allah günahlarını bağışlasın, qəbrin nurla dolsun". 

Qeyd edək ki, 1999-cı il təvəllüdlü Niftəliyev Şamxal Təbriz oğlu Yasamal rayonu ərazisində yaşadığı evdə özünü asaraq, intihar etmişdi. O, hərbi xidmətdən yeni qayıtmışdı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.