Türkiyənin məşhur və səs-küylü azərbaycanlı aktrisası Nəsrin Cavadzadə dünyaca məşhur dizayner Rüfət İsmayılın əl işinə müraciət edib.
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi dizaynerin təsisçisi olduğu "AFFFAİR" markasına məxsus yeni kolleksiyasında yer alan uzun, transparan, çiyinləri açıq, gümüşü rəngli libasda cazibədar pozlar verib.
Nəsrinin əynindəki bu libas dəbkeşlər tərəfindən sosial mediada tərif və rəğbətlə qarşılanıb.
Qeyd edək ki, sözügedən libasın qiyməti 1750 dollardır (təxminən 2975 manat)
Milli.Az