Şou-biznes

Manaf Ağayev "Bu qızın" mahnısı haqda: "Mustafa Ceceli mənə dedi ki..."

17 Yanvar 2023 07:35
Baxış: 1 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Manaf Ağayev onun "Bu qızın" mahnısını türkiyəli müğənni Mustafa Cecelinin ifa etməsindən danışıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Manaf Ağayev deyib:

"Mustafa Ceceli "Bu qızın" mahnısını yeddi-səkkiz il əvvəl ifa edib. Məndən də icazə alıb. Amma mahnı indi gündəmə gəlib. İlk dəfə Mustafa Ceceli ilə Şəmkirdə toyda idik, bu mahnıdan xoşu gəldi. Mənə dedi ki, olar bu mahnını ifa edim? Cavab verdim ki, mahnını ifa etməyin mənim üçün şərəf olar.

Bir müddət keçəndən sonra gördüm ki, ifa edib. İfası çox xoşuma gəldi, mahnını özünəməxsus oxuyub. "Bu qızın" mahnısı mənim ifamda başqadır, çünki bu, mənim mahnımdır.

Mahnını ifa edəndən sonra da Mustafa Ceceli ilə görüşmüşük".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.