Şou-biznes

İndi də Hazal Kayanı məhkəməyə verdi

14 Yanvar 2023 17:51
Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha əvvəl türkiyəli aktrisalar Ezgi Mola və Farah Zeynep Abdullahı məhkəməyə verən Musa Orhan yenidən şikayətçidir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə o, aktrisa Hazal Kayanı məhkəməyə verib. Bu barədə aktrisa sosial media hesabında paylaşım edərək məlumat yayıb. O, "M.Orhan mənə qarşı böhtan iddiası qaldırıb. Belə bir gəlir növü yaranıb" deyə paylaşımında bildirib. Hazal məsələ ilə bağlı rəsmi izahat verdiyini də əlavə edib.

Qeyd edək ki, Orhanın İpek Erin adlı qıza təcavüz etdiyi iddia olunub. Qız bu səbəbdən intihar edib. Bir çox məşhur sima məhkəmə qərarı açıqlanmadan onun ünvanına tənqid və təhqir məzmunlu paylaşımlar edib. Daha sonra 12 ildən çox azadlıqdan məhrum edilməsi tələb olunan Orhanın sərbəst buraxılması tənqidlərin sayının artmasına gətirib çıxarıb. Bundan sonra həmin şəxs paylaşım edən məşhurlardan şikayətçi olaraq təzminat və həbs edilmələrini istəyib.

Onu da qeyd edək ki, Hazal yaxın vaxtlarda ikinci övladını dünyaya gətirəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.