Müğənni Günay İbrahimlinin səhhəti pisləşib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Evində sistem altında görüntülərini izləyiciləri ilə bölüşən İbrahimli bildirib ki, şaxtalı havada qartopu oynadıqdan sonra xəstələnib.
"Bu da qar videolarının axırı. Özünüzü qoruyun, qalın geyinin, çalışın xəstələnməyəsiniz. Çünki sonra sağalmaq olmur", - deyə Günay qeyd edib. Müğənni həmçinin hərarətinin yüksək olduğunu söyləyib.
Milli.Az