Şou-biznes

Elvis Preslinin yeganə övladı evində ölü tapıldı

13 Yanvar 2023 09:48
Baxış: 1 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rok-n-roll kralı Elvis Preslinin yeganə övladı, müğənni Liza Mari Presli dünyasını dəyişib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, 54 yaşında vəfat edib.

Məlumata görə, Liza Mari Kaliforniyadakı evində huşsuz vəziyyətdə tapılıb. Bildirilir ki, müğənninin ürəyi dayanıb.

Qeyd edək ki, Liza Mari 1968-ci ildə Memfisdə anadan olub və atasının yeganə varisi olub. Elvis Presli qızının 9 yaşı olarkən vəfat edib. Liza Mari Preslinin 3 övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.