Şou-biznes

Ayaqları tutulan “Toppuş bacı”: “Maddi yardıma ehtiyacım var”

11 Yanvar 2023 21:45
Baxış: 2 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səhhətim və maddi vəziyyətim çox ağırdır". 

Milli.Az xəbər verir ki, bu sözləri "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyeva bizim.media-nın əməkdaşı ilə söhbətində deyib. 

Sənətçi bədənində yeni törəmələrin aşkar olunduğunu açıqlayıb: 

"Başımda yeni törəmələr əmələ gəlib. Ayaqlarım tamam tutulub. Yeriyə bilmirəm. Bir neçə gün əvvəl şüa aldığımdan prosesi yenidən təkrarlaya bilmirəm. İynə-dərmanlarla zaman qazanmağa çalışıram". 

Tünzalə maddi vəziyyətinin də pis olduğunu dilə gətirib: "Maddi yardıma böyük ehtiyacım var. Amma təəssüf ki, kimsə yardım etmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.