Şou-biznes

Səidə: “Bahalı avtomobil və muğam oxuyan xanım bir-biri ilə düz gəlmir” - VİDEO

10 Yanvar 2023 14:42
Baxış: 2 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Səidə Sultan "Ən bahalı avtomobilləri xanəndə xanımlar sürür" fikirlərinə yenidən münasibət bildirib. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda isə sənətçi "Səhər mərkəzi" verilişində danışıb. 

S.Sultan bildirib ki, muğam oxumaqla bahalı avtomobil almaq mümkün deyil. 

"Düz demişəm və fikrimdə də qalıram. Estrada müğənniləri ömür boyu əziyyət çəkir. Ora qaç, bura qaç. Estrada ifaçıları heç zaman hazıra nazir olmayıblar. Hansı estrada müğənnisi hazıra nazir olub? Hamısı əziyyət çəkir.

Muğam oxumaqla o dərəcədə də pul qazanmaq olmur. Bahalı avtomobil və muğam oxuyan xanım düz gəlmir bir-birinə. Yəni bir-birini tamamlamır. Muğamda o qədər pul yoxdur ki, gedib muğam oxuyasan səhər isə bahalı avtomobil versinlər. Orada başqa məsələlər var. Deyərəm amma efirdi. Açıq aydın deyərəm, sonra isə söyləyəcəklər ki, Səidə yenə danışdı", - deyə Səidə vurğulayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.