Şou-biznes

"Cavidanı izləməyəndə, danlayır, döyür adamı, mən də qorxuram" - VİDEO

6 Yanvar 2023 18:47
Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyorlar Həsrət Həsrətov və Müşfiq Şahverdiyev həmkarları Cavidan Novruzovun canlı efirdə paxırını açıblar.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçilər "Səhər Mərkəzi" verilişində söz açıblar.

Verilişin aparıcısı Afaq Gəncəli "Bizdə olan məlumata görə sizin Cavidan Novruzovla aranız "soyuyub". Hətta bir-birinizi "Instagram"da izləmədən çıxartmısınız?", - deyə Həsrətə sual ünvanlayıb.

Həsrətov "Cavidanı "Instagram"da izləyirəm. Cavidanı izləməyəndə, zəng vurur danlayır. Döyür adamı. Mən də Cavidan Novruzdan qorxuram" sözləri ilə Gəncəliyə cavab verib.

Həmin söhbətə Müşfiq müdaxilə edərək, Cavidanın həddən artıq əsəbi olduğunu bildirib:

"Əgər kiminsə Cavidanla arasında mübahisə yaranırsa, "Mən səhvəm. Bitdi!" deyir, yarım saatdan sonra isə 7 dəqiqə 28 saniyəlik "What'sapp"a səsli mesaj atır. Münaqişədən sonra Cavidan avtomobilə əyləşir, bilmirəm özünü orada döyür, harasa yumruq atır, neynir... Ondan sonra səslə təklikdə sənə fikrini yazır".

Bu anda Həsrət isə Cavidanla olan mübahisəsini yada salıb:

"Cavidan çox əsəbi insandır. Hər şey ona toxunur. İncə qəlblidir. Bir gün necə oldusa onunla aramda mübahisə, gərginlik yarandı. Müşfiq demişkən, 12 dəqiqəlik "What'sapp"a səsli mesaj atmışdı. Bu səsli mesajın 12 dəqiqə olmağını haradan bildim. "Xəzər" televiziyasından çıxdım, getdim yaşadığım "Səkkizinci kilometrə". Evə gedənə kimi avtomobildə musiqiyə deyil, Cavidanın atdığı səsə qulaq asdım. Yolda saxladım, gedib marketdən çay, çörək aldım. Qayıtdım gəldim avtomobilə əyləşdim, Cavidan hələ də danışırdı. Onun səsli mesajda son sözü isə belə oldu - "Qardaş, olur da..."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.