"Məxfi materiallar" serialının aktyoru Stüart Marqolin vəfat edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 82 yaşında dünyasını dəyişən aktyorun ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, Stüart Marqolin "Ölüm susuzluğu", "Pis ehtiras", "Kvant sıçrayışı", "Televiziya xəbər xidməti", "Kəşfiyyat" və "Xüsusi dedektiv Maqnum" kimi bir çox layihədə rol alıb. Aktyor 1979 və 1980-ci illərdə "Rockford materialları" serialının beşinci və altıncı mövsümlərinə görə iki "Emmy" mükafatının sahibi idi.
Milli.Az