Şou-biznes

Rəqsanə oğlunun toyunda iştirakı üçün Linetə nə qədər PUL VERİB? - VİDEO

10 Dekabr 2022 12:09
Baxış: 9 179
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Oğlum Muhammedin kiçik toyuna gələn hər bir həmkarımın cibinə pul qoymuşam. Həyat yoldaşım Fazil müəllim söylədi ki, onlar Rəqsanənin oğlunun deyil, Fazilin oğlunun toyuna gəliblər. Bu, onların çörək pullarıdır. Onlar da bu məclisimizdən pul qazanmalıdırlar". 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib. 

Sənətçi bildirib ki, bir neçə ay əvvəl Bakıda oğlu Muhammedin kiçik toy məclisində türk həmkarı Linetin iştirak etməsi üçün ona 100 min manat ödəyib. 

"Bilirsiniz ki, övladımın məclisində Türkiyənin məşhur ulduzu Linet iştirak etdi. Linetə 100 min manat qonorar ödədik. O məbləğin əksər hissəsi isə elə təyyarə biletlərinə getdi. 50 min manata yaxın məbləğ özünün qonorarıdır. Deyirlər ki, biz əgər Türkiyədən gəliriksə yalnız öz hava yollarımızla gəlirik və biletlərimiz də biznes klass olmalıdır". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.