“İndiki kişilərin hülqumu yoxdur”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Əvvəllər gözəl bir deyim var idi. Bir sirr, söz olanda deyirdilər kişinin hülqumu olar. İndiki bəzi kişilərin hülqumu yoxdur..."
Milli.Az xəbər verir ki, bunu tanınmış aktrisa Sanura Cəfərova yenicag.az-a açıqlamasında deyib.
Aktrisa sosial və şou tipli verilişlərə çıxıb ailə sirlərini açmağı kişi adına ləkə kimi dəyərləndirib:
"İndiki dövrdə kişilər qadınlardan betər olublar. Gözəl bir deyim var, kişinin hülqumu olar. Təəssüflər olsun ki, artıq bu deyim yaddan çıxıb. Kişilər dedi-qodu etməkdə qadınları da ötüb keçiblər. Əvvəllər kişilər nə olursa-olsun, kiminsə sirrini açmazdılar. Bunu özlərinə ar bilərdilər. Amma indi bəzi kişilər efirlərə çıxıb, utanıb ar bilmədən həyat yoldaşları ilə bağlı nalayiq ifadələr işlədir, "arvadım mənə xəyanət etdi", "arvadımı filankəslə tutum" kimi efirə deyilməsi ayıb sayılan sirlərini açır..."
Sanura xüsusən sənət adamlarının bu cür açıqlamalar verməsini gündəmə gəlmək, məşhurlaşmaq və bu vasitə ilə səs-küy yaratmaq məqsədi daşıdığını təəssüf hissi ilə bildirib:
"Xüsusən də tanınmış insanların efirə çıxıb verilişlərdə bu dedi-qoduları etməsi, öz şəxsi həyatını gündəmə gətirməsi, həyat yoldaşı və digər yaxınları ilə bağlı sirləri açıb-tökməsi, el-aləmə car çəkməsi mənə görə qəbul olunmazdır. Kişi necə öz həyat yoldaşı, uşaqlarının anası barədə təhqiramiz ifadələr işlədə bilər? Boşansalar da belə... Mənə elə gəlir ki, bu cür açıqlamaların alt qatında məşhurlaşmaq, gündəmdə səs-küy yaradaraq, diqqəti özünə çəkmək həvəsi dayanır. Təsəvvür edin, həmin insanlarda gündəmdə qalmaq həvəsi o qədər güclü olur ki, kişilik belə gözünə görünmür".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Zidan Ronaldonu müdafiə etdi





