“Ölkəmin mənə ehtiyacı var idi...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu günki estradamız haqda gileylənməyə bilmərəm. Mən danışmasam, musiqini bilən insanlar danışmasa, kim danışacaq?! Mən bu işin ali savadını almışam. Həm vokal məktəbini, həm də İncəsənət universitetini bitirmişəm. Ali savadlı bir insan kimi mən musiqimizə biganə qala bilmərəm. Musiqimizin acıları, ağrıları və bu günki gənclərin musiqini başqa cür təqdim etməkləri mənə əlbəttə ki, yaxşı təsir etmir. Çünki onlar elə bilirlər ki, bizim musiqimiz elə bundan ibarətdir. Yavaş-yavaş bizim dühalarımız kölgədə qalır. Çox az kütlə həmin dühaları dinləyir. Əlbəttə ki, yaxşı musiqini hər zaman elit təbəqə dinləyib. Bu həmişə belə olub. İlk olaraq bizim milli musiqimizi öyrənmək lazımdır. Bu əlifbadır. Çoxları bu əlifbanı öyrənmək istəmir".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Brilliant Dadaşova deyib. O, daha sonra əlavə edib.
"Bizim sənətimiz bahalı sənətdir. Aranjmandan başlamış geyimə, studiyaya qədər hər şeyi biz edirik. Elə insanlar var ki, müğənnini xarici görünüşünə görə sevir. Təbii ki, geyim də müğənninin əsas yuniformasıdır. Mən bir geyimi iki dəfə geyinəndə sevənlərim zəng edib deyir ki, o geyimi bir dəfə də geyinmişdin də. Bu vacib tərəflərdir" deyə müğənni bildirib.
Brilliant Dadaşova xarici ölkələrdən vaxtilə ona gələn təkliflər haqda da danışıb.
"Çox əleyhinəyəm ki, boş yerə ətək-ətək pullar xərcləyib, hansısa ölkəyə gedəsən. Bunu heç vaxt özümə rəva bilməmişəm. O illərdə Moskvada "Züleyxam" mahnısına klip çəkdirdim. Bu klipdən sonra Vaxtanq Kikabidze mənə orada qalıb, onunla duet oxumağımı təklif etdi. Çoxlu duetlər, kliplər və konsertlər ərsəyə gələcəkdi. 1994-1995-ci illər idi. Ulu öndər Heydər Əliyev hakimiyyətə yeni gəlmişdi. Bütün o görüşlərdə, konsertlərdə ölkəmizə qonaqlar gələndə hər yerdə mən çıxış etməli idim. O vaxt hələ fonoqram falan yox idi, canlı oxumaq lazım idi. Müğənni də bu günki qədər çox deyildi. Onun təklifini qəbul etmədim, dedim ki, vətənimin mənə ehtiyacı var. Mən Vaxtanq Kikabidze ilə duet oxumadım. Ondan sonra Norveçdən təklif gəldi. Norveç xoru ilə albom işıq üzü gördü, Avropanın bir çox ölkələrində bu disk satıldı. Daha sonra Türkiyədən əməkdaşlıq üçün təklif gəldi. Mən heç vaxt gedib ətək-ətək pullar xərcləmərəm. Türkiyədə 2-3 diskim çıxdı. Bunu da "Seyhan" müzik çıxardı. Bir yerdə tanınmaq və fəaliyyət göstərmək üçün orada yaşamaq lazımdır. Hətta Türkiyədən bu gün də universitetlərdə dərs demək üçün təkliflər gəlir. Amma orada yaşamasam mümkün deyil" deyə sənətkar bildirib.
Brilliant Dadaşova müəllimi, görkəmli aktrisa Şəfiqə Məmmədovadan da danışıb.
"Müəllimlərim düzgün olublar. Xalq artisti Şəfiqə Məmmədova çox ciddi və sərt xasiyyətli qadın idi. Bir az onun xasiyyətindən də götürmüşəm. O çox az adamı istəyərdi. Nə xoş ki, məni dəhşət dərəcədə çox istəyirdi. Deyirdi ki, sənə qulaq asıram, dinləyirəm. Müəllimlərimiz bizə qarşı çox tələbkar idilər. Onun təkidi " deyə müğənni bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2 Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü
-
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçdi
-
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
-
Kimi Antonelli Bakıda sərbəst yürüşü yarımçıq dayandırıb
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
-
Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
-
Nizamidə 48 kombi oğurlayan 4 nəfər saxlanıldı
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir





