“Neçə gündür əsəb içindəyəm, məni buna məcbur etməsinlər...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bir neçə gün bundan əvvəl Vüsalə Əlizadənin "7 canlı" verilişində qonaq olarkən mənə sual verdi ki, eşitmişik toyda bir müğənni həmkarınızı döymüsünüz. Sözün düzü bu sual mənim üçün gözlənilməz oldu. Vüsalənin xətrini çox istəyirəm, sual ünvanladı, mən də cavab verdim. 15 il öncə bu hadisə baş vermişdi. Həmin adamla artıq barışmışam da, bacı-qardaşam. Allah şeytana lənət etsin, onda da günah oldu, məndə də. Daha sonra dedim ki, bu söhbəti açıb-ağartmayın. İndi o söhbəti həmin adamla xatırlayıb, gülürük"
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva deyib. O daha sonra əlavə edib.
"Bir neçə gündür sosial şəbəkələrdə həmin mövzudan danışırlar. Fərqli başlıqlarla paylaşım edirlər. Ağıllarına gələni yazırlar. Çox xahiş edirəm ki, bir də bu məsələyə qayıtmasınlar. Canlı efirdə olan orda da qalır. Özlərinə mənim vasitəmlə reytinq qazanmasınlar. Mən xalqın içərisində olan insanam. İstəmirəm ki, tamaşaçılar məni səhv başa düşsün. Rəyləri də oxuyuram, təbii ki, hər kəs birmənalı münasibət göstərmir. Hər kəsin bir fikri var. Xahiş edirəm ki, məni hörmətdən salmasınlar. Bir də mən icazə vermirəm ki, bu məsələ haqda kimsə götürüb nəsə yazsın. Gör sənətimdən yazarlar? Bu boyda layihələr edirəm, solo konsertlər verirəm. Dekabrın 17-də tələbələrimlə birgə solo konsertim olacaq. Kubalı müğənni Yansel Castellon ilə bir layihəm var. Kuba mahnısı ilə muğamı sintez etmişik. Bu günlərdə Koreyadan səfərdən gəlmişəm. Ağdamın işğaldan azad olunmasının ildönümündə gözəl bir konsertimiz keçdi. Dövlət televiziyasında həmin konserti nümayiş etdirdilər. Mənə bir bilsəniz nə qədər insan zəng edib, təşəkkür etdi. Öz vətənində, 30 ildir həsrət qaldığın torpağında konsert proqramında çıxış etmək bir bilsəniz necə gözəl hissdir?! Bu bizim üçün bir möcüzədir. Gör heç bunlardan yazarlar?!" deyə sənətkar bildirib.
Sənətkar bildirib ki, bundan sonra efirlərə gedəndə şərt kəsəcək.
"Məni məcbur edirlər ki, bundan sonra efirlərə gedəndə şərt kəsim. Mövzunu öncədən öyrənim, bilim ki, nədən danışacaqlar. Məni buna məcbur etməsinlər. Bunu da etsəm deyəcəklər ki, digərləri kimi edir, özünü yüksəkdən aparır. Amma bizi də başa düşsünlər ki, xalqın içində olan insanıq. Elə sənətçi var ki, bunun onun üçün önəmi yoxdur, amma mən neçə gündür əsəb içindəyəm" deyə sənətkar bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zülfiyyə Qurbanova: "Flmlərdəki öpüşmə, zorlama səhnələri paylaşacağam"
-
Nərimanla Şahrudin milliyə çağırılmadı
-
Paşinyan Almaniyada mükafat aldı - (Yenilənib)
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
-
Pakistanda məscid yaxınlığında güclü partlayış: 15 ölü, 50 yaralı - (Video)
-
İlanın ağzından çıxanlar təəccübləndirdi - (Video)
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artıb
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"





