"Cins şalvarda səhnəyə çıxıb oxumaq olmaz"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Uşaq yaşlarından sanki gələcəkdə sənətkar olacağımı bilirdim. Ona görə də baxımlı olmağa çalışırdım. Özümə qarşı çox tələbkar olmuşam. Bununla bərabər öz daxili aləmimi də gözəl saxlamışam. Hər bir kəsin içində paxıllıq da, digər şeylər də olur. Bilmirəm, bu bəlkə məndə də olub. Amma onu içimdə öldürüb, üzə çıxmağa qoymamışam. Həmişə istəmişəm ki, sənət yoldaşlarımla gözəl münasibətdə olum. Kimsə mənimlə bu münasibətə qarşılıq verməyibsə kənara çəkilmişəm. Mən ona pislik etməmişəm, aqressiya göstərməmişəm. Belə şeyləri sevmirəm".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Mələkxanım Əyyubova deyib. O, daha sonra pedaqoji fəaliyyətindən, tələbələrindən danışıb.
"Tələbə əvvəlcə istedadlı olmalıdır. Onlara tövsiyyə edirəm ki, böyük-kiçik yeri bilsinlər. Bu öz yerində. Ağac bar verdikcə başını aşağı əyər. Gənc vaxtı bir az görürsünüz ki, şöhrət başlarını gicəlləndirə bilər, diqqətsizlik edə bilərlər. Müəllimim, böyük sənətkarımız Qulu Əsgərov belə olanda deyirdi ki, deyəsən filankəsin adı qulağına dəyib. Tələbələrimə tövsiyyə edirəm ki, bu şöhrətdən heç vaxt başınız gicəllənməsin. Səhnədə təkcə istedad önəmli deyil. Səhnə mədəniyyəti, danışığı, hərəkəti var. Bunların hamısı şərtdir. Tələbələrə təkcə muğam yox, bunları da öyrədirəm" deyə sənətkar bildirib.
Mələkxanım Əyyubova səhnə geyimindən də danışıb.
"Ailəmlə hansısa ölkəyə istirahətə gedəndə orada həmyerlilərimiz məni cins şalvarda görür, təəccüblənirlər. Deyirlər ki, sizi belə görməyə alışmamışıq. Hər yerin öz geyimi var. Hər yerə bəzənib-düzənib getmirsən ki. Mən onun əleyhinəyəm ki, cins şalvarda səhnəyə çıxıb oxuyasan. Enli şalvar geyinmək olar. Onu elə geyinmək lazımdır ki, xanımyana görünsün. Muğamı elə üslubda, elə geyimdə oxumağı qəbul edə bilmirəm. Səhnəyə çıxanda hər şey yüksək səviyyədə olmalıdır" deyə xalq artisti bildirib.
Xalq artisti bildirib ki, bu illər ərzində həm sənətini, həm də ailəsini qoruyub saxlayıb.
"Həyat yoldaşım sənətlə məşğul olmağıma icazə verdiyi üçün özümə söz verdim ki, evdə olmamağım hiss olunmayacaq. Əgər mən səhnədəyəmsə, evdə olan səliqə-səhmanım, övladlarımın tərbiyyəsi, mətbəximdə hər şey yerli yerində olmalıdır. Bir ailə xanımı necə olursa ondan da artığını edəcəyəm ki, evdə yoxluğum bilinməsin. Balansı düzgün saxladım ki, sənətdə olmağım ailəmdə peşmanlıq yaratmasın. Görün mənim üçün bu nə qədər çətin olub? Anam, həyat yoldaşım bu işdə mənə kömək edib" deyə xanəndə bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi
-
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
-
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
-
Piter Magyarın toxunulmazlığı ləğv edildi
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye





