Şou-biznes

Kəramət Böyükçöl Rəşad Dağlıdan yazdı: “Votsapda mənə yazmışdı ki...”

20 Noyabr 2022 10:02
Baxış: 5 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəşad Dağlı ilə heç vaxt üz-üzə gəlməmişəm. Ancaq təxminən, 3 ay qabaq özü votsapda mənə yazmışdı. Qəribə bir həssaslıqla danışırdı, elə bil onu hər şeydən küsdürmüşdülər".

Milli.Az xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, Rəşad Dağlı ona deyib ki, bu ölkədə yaşaya bilmir, səninlə görüşüb qardaşım kimi dərdləşmək, dost olmaq istəyirəm:

"Xaricə gedəcəyini dedi. Ətrafında bu qədər meyxanaçı dostları, fanatları olan bir adam niyə mənimlə dərdləşmək istəyir, təəccüblənmişdim. 

Sonra xəbər çıxmadı, zəng etmədi. Bir də ağır cinayət törədəndə Rəşad yadıma düşdü. İşin detallarını bilmirəm. 

Ancaq bütün hallarda heç nə insan ölümünə bəraət qazandıra bilməz. Oğlu ilə şəkli qabağıma çıxdı. Rəşad belə bir qərar verəndə bəlkə, kimsə övladını onun yadına salsaydı, hər şey başqa cür olacaqdı". 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.