Şou-biznes

Ağamirzə Rəşad Dağlı barədə: “Şokdayam...”

9 Noyabr 2022 18:52
Baxış: 24 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rəşad Dağlının qətl törətməsi ilə bağlı hadisəni elə mən də yeni eşitmişəm. Həqiqətən də, bu xəbərə çox pis oldum".

Milli.Az xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov deyib.

O, Rəşad Dağlını çox yaxşı tanıdığını bildirib:

"Rəşad bizim hər zaman yanımızda olub. Onu çox yaxşı tanıyıram. O, həmişə səbrli insan olub. Yerini bilən, sözünü bilən, danışığını bilən olub. Həqiqətən də, çox qabiliyyətli, qanacaqlı bir insan olub. Mən özüm də şokdayam. Onu hər zaman səbrli görmüşəm. Niyə belə hadisə yaşandığını heç özüm də bilmirəm. Yaxşısını Allah bilir. Bu, çox pis xəbər oldu. Deməyə söz tapmıram. Allah ona kömək olsun. Ölənə də Allah rəhmət etsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.