Şou-biznes

"Rafael və Coşqun kimi "Əməkdar artist" ola bilmədim"

8 Noyabr 2022 05:22
Baxış: 1 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ağlıma gəlməzdi nə vaxtsa meyxanaçı olacağam. Nəsildə meyxanaya həvəs olmayıb. Şəfiqə Axundova gəlmişdi, atamın öyrətdiyi mahnını oxudum. Soruşdu ki, kim olmaq istəyirsən? Cavab verdim ki, aktyor. Dedi, hazırlaş gəl, qəbul edəcəyəm. Hazırlaşdım, gedim və qəbul oldum. Tələbə yoldaşlarım Azər Axşam, Rafael İsgəndərov, Coşqun Rəhimov idi. Baş rollar mənə verilirdi. Baxmayaraq ki, Rafael Coşqun kimi tanınmadım, "Əməkdar artist" olmadım".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov "Söhbət musiqidən gedir" proqramında deyib. Sənətə gəlməsindən danışan ifaçı "Bu şəhərdə"nin aktyorları, Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovla eyni fakültədə təhsil aldığını söyləyib.

Aktyorluqdan uzaqlaşmasından danışan Vüqar bunun səbəbini açıqlayıb:

"1994-cü ildə qəza keçirtdim və düşündüm ki, aktyor yox, meyxanaçı kimi davam edim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.