Şou-biznes

Gülüstan Əliyevadan Əkbərə qəribə təklif - Səndən xoşu gəlir...

31 Oktyabr 2022 06:44
Baxış: 9 032
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Əkbər Əlizadə Əməkdar artist Gülüstan Əliyevanın ona etdiyi qəribə təklifdən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bu haqda "Söhbət var" verilişində danışıb. O bildirib ki, muğam ifaçısı ona uşaq bağçasında Şaxta baba olmaq təklifi edib:

"Bu yaxınlarda zəng vurdu ki, bir təklifim var. Elə bildim zarafat edir, gördüm ciddidir. Dedi ki, dekabrın 30-da iş salma. Uşaq bağçasındayam, müdir oturub yanımda, səndən xoşu gəlir. İstəyir bura Şaxta baba kimi gəlməlisən. Cavab verdim ki, əvvəl olub, indi bu yaşımda yox. Qadın qayıdır ki, animator kimi gələ bilər? Cavab verdim ki, bir şərtlə gələrəm, gülüstan xanım da Qar qız olsun". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.