Şou-biznes

Dubayda istirahətdə olan azərbaycanlı müğənnidən tənhalıqla bağlı paylaşım - VİDEO

29 Oktyabr 2022 18:50
Baxış: 1 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya şou-biznesində "Navai" ləqəbi ilə məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirovun paylaşımı "ağızlarda saqqız" olub. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, Dubayda istirahətdə olan sənətçinin köynəyini ütüləməsi qız izləyicilərini qıcıqlandırıb. 

Nəvai sosial şəbəkə hesabında paylaşdığı videoda "Qızlar çox çətindir tək olmaq. Deyəsən, ütülədiyim köynəyimin üzərində ləkələr əmələ gəldi" sözlərini qeyd edib. 

Daha sonra qız izləyiciləri müğənniyə "Köynəyi bu formada ütüləmək doğru deyil. İç tərəfinə çevirib ütüləmək lazımdır" mesajlarını yazıblar. 

Yazılan cavablara isə Bəkirov hamamda yarıçılpaq vəziyyətdə "Ütüləməyim xoşunuza gəlmirsə, gəlin özünüz köynəyimi düzgün ütüləyin. Və ya gəlin məni tumarlayın" sözlərini deyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.