Şou-biznes

“Ulduz döyüşləri”nin “ulduz”u Ukraynaya pilotsuz təyyarələr göndərir

22 Oktyabr 2022 11:08
Baxış: 818
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Məşhur "Ulduz döyüşləri" film epopeyasının tanınmış personajı Lyuk Skayuoker (Ceday) Ukrayna ordusu üçün pul yığılmasına dəstək olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəticədə beş yüz pilotsuz təyyarə alınıb.

"Bu, "Ulduz döyüşləri"nin növbəti hissəsinin xülasəsi ola bilər, lakin bu, burada və indi baş verir", - deyə jurnalist Vladimir Zolkin qeyd edib.

Jurnalistin sözlərinə görə, sentyabr ayında Ukrayna üçün pilotsuz təyyarələr üzərində işə başlayan Mark Hamill sayəsində artıq 500 dron alınıb.

"Güc səninlə olsun, Ceday! Və hamımızla!", - deyə o vurğulayıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.