Şou-biznes

Anna Netrebko ana olacaq? - FOTO

13 Oktyabr 2022 19:32
Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Xalq artisti, opera ifaçısı Anna Netrebkonun hamilə olduğu iddia olunur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb ifaçının sosial şəbəkə hesabındakı yeni fotolarıdır. Belə ki, 51 yaşlı Netrebkonun xarici görünüşündəki dəyişiklik izləyicilərin gözündən yayınmayıb.

Lakin opera ifaçısı bununla bağlı heç bir açıqlamaya verməyib.

Netrebkonun direktoru Vladislav Monastırski "Woman.ru" saytına açıqlamasında bunları deyib: "No comment! (şərhsiz-red.) Rusiyada onun haqqında bütün suallara cavab olaraq bu iki sözü deməyimi xahiş edib: No comment. Ona görə də heç nə deyə bilmərəm. O, lazım bildiyi hər şeyi sosial şəbəkələrdə deyəcək. Onu orada çox insan izləyir və o, lazım bildiyi şeyləri danışır".

Xatırladaq ki, daha əvvəl A. Netrebkonun həyat yoldaşı, Azərbaycanın Xalq artisti Yusif Eyvazov övladlarının olmamasını belə izah etmişdi: "Bizdə hər şey çox gözəldir. Lakin genetik səviyyədə tamamilə uyğun gəlmirik. Bizim ayrı-ayrılıqda övladımız ola bilər, amma birlikdə yox. Biz bütün hər şeyi yoxlamışıq - alınmadı".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.