Şou-biznes

Nigar Şabanova boşanmasından danışdı: Xəyanətdən daha böyük səbəb idi

11 Oktyabr 2022 17:56
Baxış: 4 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hər kəs xoşbəxt olmaq istəyir. Hamı fəxrlə, sevinərək ailə qurur. Ağlına belə gəlmir ki, bir gün ailən dağıla bilər. Bir qadın ailəsi dağılmasın deyə təkbaşına mübarizə aparırsa, qarşı tərəf üçün bunun fərqi yoxdursa, ziyanın yarısından qayıtmaq daha yaxşıdır. Aylardır bu mövzunu qapalı saxlayıram. 6 ay əvvəl boşanmışıq. Tanınmış insansan, xəbər çox tez yayılır".

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.

Sənətçi hərbçi həyat yoldaşı Xəyyam Qaragözovdan ayrılma səbəbindən söz açıb.
Nigar səbəb olaraq boşanmasının nə qısqanclıq, nə də xəyanət olduğunu bildirib.
"Kaş elə qısqanc olardı. Nə qısqanclıq, nə xəyanət var. Böyük səbəblər idi. Xəyanət üçün ailə dağılmaz. Bunu da birmənalı olaraq qəbul eləmir. Qadınlar bu açıqlamaya məni qınayır. Qoy yenə qınasınlar. Xəyanətə görə ailə dağılmamalıdır.

Bəşər belə yaranıb, özünə hörmət edən kişi ailədə qadınına hörmət edər. Adıma görə 2 ildir mübarizə apardım. Qəbul edə bilmirdim ki, ailə necə dağılar? Nə qədər gülürəmsə, bir o qədər də içdə yoxam. Ayaqda durmağa çalışıram.

Bunları yaşadım. Özümü məhv etməklə, zəif göstərməklə düzələn deyil. Mənim üçün ailə müqəddəsdir. Ailəmdə qısqanclığa yol verəcək qadın deyiləm. Sənin üçün birinci sənətdirsə, ailə qurma.

Onun peşəsinə hörmət etdiyim üçün işindən olsun istəmirəm. Əlimdə elə səbəblər var ki... Yaşadığımı heç bir qadına arzulamıram. Yaşadığım 2 ili Allah heç kimin övladına yaşatmasın. Onun illərini verdiyi peşə var, ona hörmət olaraq susuram. Allah onun bundan sonrakı qurbanlarına səbr versin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.