Şou-biznes

“Rəhimin dəfnində ona pislik edən insanları gördüm” - Faiq Ağayev

7 Oktyabr 2022 11:28
Baxış: 3 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rəhim Rəhimlinin dəfnində ona pislik edən insanları gördüm... Onlar özlərini ürəkləri yanırmış kimi aparırdılar. Bəlkə tamaşaçıları aldada bilərlər, amma Rəhimi yaxından tanıyanlar bilir ki, kim kimdir".

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Xəzər axşamı" verilişində deyib.

O, həmkarının ölüm xəbərini gecə saatlarında aldığını bildirib: "Ümumi tanışımızdan xəbər aldım. Çökdüm təbii ki. Rəhimi sonuncu dəfə 1 ay -1 ay yarım öncə görmüşdüm. Vəziyyəti ağır idi. Soruşdum ki, müalicə alırsanmı? Dedi ki, hə, dostum, hər şey düzələcək. Hər kəsdən gizlədirdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.