Şou-biznes

Hicablı model dəb sənayesinə qayıdır - FOTO

21 Sentyabr 2022 15:14
Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Somali əsilli amerikalı model Həlimə Aden "təqaüdə" çıxdıqdan sonra yenidən dəb sənayesinə qayıtmağı planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, Aden hələ avqustda Amerikanın "Creative Artists Agency" agentliyi ilə müqavilə imzalayıb.

"Mən səs-küylə gəldim, sonra da səs-küylə dəb sənayesini tərk etdim. İndi mən zirvəyə qayıtmaq istəyirəm" - deyə model bildirib.

Adenin sözlərinə görə, indi o, özünü podiumda görmür. Həlimə biznes təhsili almağı və dəb sənayesində bu istiqamətdə inkişaf etməyi düşünür.

Qeyd edək ki, model 2020-ci ilin noyabr ayında karyerasına son qoyduğunu açıqlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.