Şou-biznes

Xalq artisti onları məhkəməyə verir

6 Sentyabr 2022 09:30
Baxış: 2 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hamısını məhkəməyə verəcəm".

Milli.Az "qaynarinfo"ya istinadən xəbər verir ki, bunu Xalq artisti Bilal Əliyev "TikTok"da izləyicilərini təhqir etməsi ilə bağlı yayılan videolardan danışarkən deyib. O bildirib ki, həmin görüntüləri digər sosial şəbəkələrdə yayan izləyicilərin hər birini məhkəməyə verəcək:

"Hazırda bunun üzərində iş gedir, siyahı hazırlanır. Həmin videoları yayanların ümumi siyahısı məhkəməyə veriləcək. Məhkəmədə uduzanların hər biri cərimə olunacaq, bir hesab açacağıq və pul həmin hesaba ödəniləcək. Mənə elə sözlər yazırdılar ki... Ona görə də həmin izləyicilərə elə cavab vermişəm".

Qeyd edək ki, sosial şəbəkələrdə Xalq artisti Bilal Əliyev "TikTok"da izləyicilərini təhqir edib və həmin videolar sosial şəbəkələrdə geniş yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.