Şou-biznes

Xərçənglə mübarizə apardığını açıqladı

3 Sentyabr 2022 18:14
Baxış: 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Film aləminin canlı əfsanələrindən biri olan aktrisa Ceyn Fonda xərçəngdən əziyyət çəkir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa bunun müalicə ediləbilən bir növ olduğunu əlavə edib. Ceyn bildirib ki, hazırda kimyaterapiya alır.

84 yaşlı Fonda qan xərçənginin bir növü olan lenfoma xəstəliyinə tutulduğunu açıqlayıb. Fonda buna görə özünü "şanslı hiss etdiyini" bildirib.

"Hər cür müalicəyə əlçatanlıq imkanı verən tibbi sığortaya sahib olduğum üçün şanslıyam. Bunun ağrılı bir proses olduğunu başa düşdüm, lakin bu baxımdan şanslıyam. Bir çox insanların tibbi sığortası olmadığı üçün müalicə alması çətindir. Xərçəng mənim yaşımda faktlara uyğunlaşmağın vacibliyini öyrədir" deyə, aktrisa açıqlamasında söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.