Şou-biznes

Sevgilisiylə eyni serialda çəkilmək istəmədi

30 Avqust 2022 18:44
Baxış: 909
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktrisa Ayça Ayşin Turana sevgilisi Alp Navruzla eyni layihədə yer alması təklif olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Cennetin çocukları" serialında çəkilməkdən imtina edib. O, sevgilisiylə ikinci dəfə eyni serialda rol almasının karyerasına mənfi təsir edəcəyini düşündüyünü bildirib.

Daha sonra isə aktrisaya hər bölüm üçün 150 min lirə təklif olunub. Ayça Ayşin Turan istəyi yenidən dəyərləndirib, cavab verəcəyini söyləyib.

Qeyd edək ki, cütlük daha öncə "Ada masalı" serialında birgə rol alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.