Şou-biznes

Conni Depp boşanma qalmaqalından sonra ilk filmə çəkilir - VİDEO

12 Avqust 2022 17:37
0 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkədə Conni Deppin boşanma qalmaqalı başlanandan bəri çəkildiyi ilk filmdən kadrlar yayılıb. Məlumata görə o, rejissor Mayvenn Le Beskonun çəkdiyi "La Favorite" ("Favorit qız") filmində kral XV Lüdovik rolunda oynayacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tarixi dram Kral XV Lüdovikin sonuncu məşuqəsi, fəhlə sinfindən olan və sosial nərdivanı dırmaşmaq üçün zəka və cazibəsindən istifadə edən Janna Dübarrinin həyatından bəhs edir. Filmdə baş rolu Mayvenn Le Besko özü oynayacaq.

Dəqiq nümayiş tarixi hələ açıqlanmayan "La Favorite"nin gələn il yayımlanacağı vurğulanıb.

Qeyd edək ki, XV Lüdovikin rolu Conni Depp üçün son üç ildə birinci olacaq. O, keçmiş həyat yoldaşı Ember Hhördün zorakılıq iddialarına görə kino layihələrini itirib. May ayında məhkəmə Emberin sözlərini böhtan kimi tanıyıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.