Şou-biznes

Vaxtanq Kikabidzedən Ukraynaya dəstək

8 Avqust 2022 15:00
0 Şərh     Baxış: 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcü müğənnisi Vaxtanq Kikabidze Rusiyanın 2022-ci il fevralın 24-də başlatdığı müharibəni sərt şəkildə pisləyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Freedom" kanalında qonaq olarkən deyib.

"Bu alçaq müharibə xəstə başdan gəlir. Soyqırımı dəhşətli bir şeydir, bu, çox ciddi cəzalandırılmalı cinayətdir. Putin Stalinin çox böyük pərəstişkarıdır" deyə, Vaxtanq açıqlamasında söyləyib.

Qeyd edək ki, Kikabidze 2008-ci ildə Rusiya qoşunlarının Gürcüstana hücumundan sonra Rusiyadakı bütün konsertlərini ləğv edib və o vaxtdan bəri həmin ölkəyə getməyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.