Şou-biznes

Pike ilə Şakiranın problemi

15 İyul 2022 20:37
0 Şərh     Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın futbolçusu Jerar Pike ilə kolumbiyalı müğənni Şakira övladlarının kiminlə yaşayacağı ilə bağlı razılığa gələ bilmirlər.

Milli.Az apasport.az saytına istinadən xəbər verir ki, tanınmış müğənni ispaniyalı müdafiəçidən ayrıldıqdan sonra iki uşağının da onunla Mayamidə yaşamasını istəyir.

Şakira uşaqların bütün qəyyumluğunu öz üzərinə götürməyi və onların ABŞ-a köçməsini təşkil etməyi təklif edib. Hətta o, bunun üçün Pikeyə 2,5 milyon avro da təklif edib. Şakira hətta uşaqları böyütmək üçün Pikedən heç vaxt vəsait tələb etməyəcəyinə də söz verib.

Futbolçu ildə 5 dəfə Mayamidə uşaqları görmək istəsə, keçmiş sevgilisi onun üçün birinci dərəcəli uçuş biletləri də alacaq. Bu ziyarətlərə həmçinin Pikenin uşaqlarla yay tətili keçirməsi də daxildir.

Qeyd edək ki, Jerar Pike ilə Şakira 2011-ci ildən bir yerdə olsa da, rəsmi olaraq evlənməyib. İyunun 4-də müğənninin nümayəndələri cütlüyün ayrıldığını açıqlayıb. Bu ayrılığa səbəb isə 35 yaşlı müdafiəçinin xəyanəti göstərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.