Şou-biznes

Dilarənin bu sözləri Afaq Bəşirqızını ağlatdı - VİDEO

14 İyul 2022 12:30
2 Şərh     Baxış: 1 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Afaq Bəşirqızı "Söhbət var" proqramının qonağı olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, səhhətindəki problemlə bağlı uzun müddətdir səhnədən uzaq qalan aktrisaya Əməkdar artist Dilarə Əliyeva sual ünvanlayıb. 

Onun "Darıxmısınız? Qayıdacaqsınız" sualı Bəşirqızını kövrəldib. O, "Çox darıxmışam. Mütləq qayıdacam" cavabını verib. 

"Səhnədə yeriniz görünür. Neçə ildir səhnə sizsiz qalıb" deyə, Dilarə bildirib. Aktrisa daha sonra A.Bəşirqızı haqda monoloq səsləndirib. Bəşirqızı isə göz yaşlarını saxlaya bilməyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.