Şou-biznes

“Kiminsə ərini əlindən alıb arvad olmamışam” - Qalmaqal

4 İyul 2022 18:37
4 Şərh     Baxış: 1 961

Müğənni Səidə Sultan bir müddət söylədiyi fikirləri tənqid edənlərə cavab verib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi instaqramda canlı açaraq qalmaqala səbəb olan çıxışına aydınlıq gətirib:

"Bu mövzu haqda danışmaq istəmirdim, amma görürəm ki, danışmaq lazımdır. Gərək hər şeyin cavabını yerində verəsən, yoxsa zayı çıxır. Gərək vaxtında danışardım ki, hansısa tanımadığım adam çıxıb, ağzına gələni danışmazdı. Bu yaxınlarda verilişə çıxmışdım, fikrimi bildirdim ki, Azərbaycan musiqisi ürəyimcə deyil. "Nanay" oxuyanlar doludur, pis günə qoyublar Azərbaycan musiqisini, öz mədəniyyətindən çıxıb". 

Səidə daha sonra Şəbnəm Tovuzlunun o fikrini qınamasına etirazını bildirib:

"Heç kəsin də adını çəkmədim, baxanlar bilir. Amma yenə sağ olsunlar, adını çəkməmişəm, biliblər ki, kimdir. Yenə yaxşıdır ki, özlərini tanıyırlar, özlərindən xəbərləri var. Səhər gördüm ki, həmin verilişə yenə müğənni gəlib, ona da bu sualı verirlər. Normaldır. Təhqir etməmişəm, tənqid etmişəm. Bunlar isə tənqidi də, təhqiri də səhv salır. Qayıtdı ki, Səidə bizim dostumuzdur, mən əxlaqlı qızam, əxlaqımı nümayiş etdirirəm. Baxdım ki, mövzu qalıb qıraqda, bu əxlaqdan danışır. Bir ağıllı-başlı cavab ver də, bu, nə mövzudur? Səninlə əxlaq mövzusunda söhbət getməyib axı. Onu buraya niyə aid etmisən? İndi mənə demir, amma mən çörəyi qulağımın dibinə yemirəm ki... Dedim, bunun cavabını verim, danışsam, yeddi qatından keçəcək. Sonra dedim, əşi, vaxt gələr, özünü görərəm, başa salaram ki, yekə qızsan, mahnıdan danış, kimin nəyinə lazımdır sənin əxlaqın? Hər kəs özünə cavabdehdir. Əxlaqdan danışıb bu nə xaldır özünüzə qazanırsız? Hələ də mənə bu mövzular çatmır".

S. Sultan influenser Sevinc Hüseynovanın onu narkoman adlandırmasına da reaksiya verib:

"Bu gün baxıram ki, günortadan sonra arvad olmuş bir qız mənə çıxır əxlaqsız, narkoman deyir. Bildim ki, mən birincinin cavabını verməmişəm deyə, bunun da ayağı yer alıb. Adama deyərlər, siz kimsiniz ki, mənə əxlaqdan dərs verəsiniz? Əxlaqlı anaların-bacıların üzündən iraq, bu gün çox az adam əxlaqdan danışa bilər. Həmin iki xanımın əxlaq vərəqi təmiz olsa, deyərəm ki, qızlar, məni bağışlayın. Sizin vərəqinizin arxasında da, qarşısında da cızıq var. Siz kimsiniz ki, mənə əxlaqdan dərs keçəsiniz? Hansı əxlaqdan danışırsınız? Bu gün mən subay qızam, kiminsə ərini əlindən alıb arvad olmamışam, kiminsə ərindən uşaq doğmamışam, hansısa gəlinin də gözünü yaşlı qoymamışam. Subay qızam, özüm bilərəm neyləyirəm. Çox şükür ki, Şəmkir kişilərinin hesabına müğənni olmamışam. Günortadan sonra arvad olmuş qız, sənin evdə ərin yoxdur? Belə baxıram, sən heç ərinə hörmət edən qız deyilsən. Sən məni şəxsən tanıyırsan? Bəlkə, çörək kəsmişik, dostluğumuz olub? Sən gəlin adı daşıyırsansa, ailənə hörmət et.

Deyirsən ki, əxlaqsız, narkoman. Qaqaş, bir arvadından soruş, bəlkə əxlaqsızlıq edəndə yanımda aparmışam, bəlkə, pul zad vermişəm, bəlkə, apar-gətirimdir bu? Bəlkə, nəsə etmişəm onunla. Soruş bir arvad sənindir. Narkoman deyirsən, bəlkə, damara bir vurmuşuq səninlə? Bəlkə, səndən mal-zad almışam. Başına dönüm, soruş bir həyat yoldaşından. Bu nə danışıqdır? Siz mənə əxlaqdan dərs vermək üçün ən axırıncı adamlarsınız, yerinizi bilin! Qaçqınlıq söhbətinə gəldikdə isə yaşanmış tariximi mənə unutduracaqsan? Təhqir etməmişəm, söyüş söyməmişəm. Bu, nə kompleksdir, yaşayırsan? Bağışla məni, mənim elə kompleksim yoxdur. Bundan sonra ağıllı olun, gedin özünüzə əxlaq dərsi keçin! Günortadan sonra arvad olmusunuz, şükür edin ki, sizi arvad ediblər. Sizin kimi ərə getməyə qalsa, 80 dəfə gedib-boşanaram. Mən camaat üçün yaşamıram sizin kimi, özümə görə yaşayıram. Sən də günortadan sonra arvad olan, özünə hörmət elə, "gəlin" statusu daşıyırsan, Yerinizi bilin, şaftalılar!"

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

4 Şərh:

  • Anonim
    **** · 4 İyul 18:4741

    Düz deyirsən Ay Səidə.bəyənirəmdə həm mahnılarını,həmdə sözün düzünü deməsini.indi onlar zadniya atacaqlar,ay biz ona deməmişdik filan beşbətər)

    Cavab yaz
  • Anonim
    Sewa · 4 İyul 18:4914

    Seviyye )))))

    Cavab yaz
  • Anonim
    Nazi · 4 İyul 22:2851

    Ay wukur o manislarin aile dagidanlarin cavabini verib yerinde otuzdurdu axirki sozu aciq deyen tapildi olarin elinnen hec yere girmek olmur seviyyesizliklerinnen

    Cavab yaz
    • Anonim
      A · 5 İyul 00:0621

      Kimde ne yoxdur ondan danişir

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics