Şou-biznes

“Uşaqların müalicəsinə 75 min lazım idi, Zaur dedi ki, efirdə 150 min deyin” - İddia

3 İyul 2022 16:30
32 Şərh     Baxış: 6 352

Azad Azərbaycan telekanalında yayımlanan "Bizimləsən" layihəsi və aparıcı Zaur Baxşəliyevdən şikayət var. 

Milli.az sfera.az-a istinadla xəbər verir ki, şikayətçi Cəfərova Rəmziyyə adlı hərbçi xanımı olub. 4 övladı olduğunu, 2 uşağının isə ürək qüsurlu doğulduğunu bildirən çarəsiz ana sözügedən verilişə kömək üçün üz tutub. Ona uşaqlarının əməliyyatı üçün 75 min manat pul lazım olub.

Lakin qadının dediyinə görə, Zaur Baxşəliyev ona efirdə 150 min lazım olduğunu deməyini tapşırıb. "Mən razı olmadım. Daha onra bizi efirə buraxdı. Bir neçə ailə üçün bir karta pul yığılmasına razılıq verdik. Karta 180 min manat pul yığıldı. Amma bizə köməklik edilmədi",- deyə qadın Xural TV-nin efirində danışıb. 

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

32 Şərh:

  • Anonim
    5 · 3 İyul 16:5056

    Dogrudan?Yeni bele wey olarki?

    Cavab yaz
    • Anonim
      Cavab · 3 İyul 23:55106

      Olubki yazıblar da.Niye olmur ki? Guya Zaur aydan arı sudan durudur elemi? Bu kanallar özəl kanallardır.Efirin hər dəqiqəsi puldu.Butun verlisi yardıma həsr edərlər yoxsa.Əvvəllər belə deyildi.Son zamanlar verliş çox süni alınır.Aciq aşkar görünür ki burda. nəsə emma var..

      Cavab yaz
    • Anonim
      Hmmm · 4 İyul 08:0625

      İndi belədidəə, əl əli yumalıdı, əldə üzü. Bu işlərin biri baş verməyəndə, nəticəsi belə olur( Ola bilərki üzün yuyulması bir az zəif olub.

      Cavab yaz
      • Anonim
        :)))) · 4 İyul 16:0904

        Dislayk edib fikirlərimə etiraz edənlər, yəqin Avropadan buralara tətilə gələnlərdi)))

        Cavab yaz
  • Anonim
    Ayka · 3 İyul 16:55137

    Adı yadimda deyil bir usaq ucun pul yigilirdi tanisimin qonsusu idi and icdi hec hec 20qepik de zaur özüne goturmedi pul tamam olan kimi verildi onlara o qeder yaxsiliqlar Edib zaur ayibdi qara leke yaxsmayin onsuzda muselman beledi da edende yaxsi olur etmeyende pis böyük ehtimal bu qadini geri çevirdiler novbede dayan deyibler onincun edir men hec zauru xoslamiram amma o yaxsiliqlarina göre ona hormetim artib düzdü öz cibineen vermir xala destek olur amma vasitecilik de bir isdi neyse

    Cavab yaz
  • Anonim
    !!! · 3 İyul 17:3437

    Vay,vay.Doğrudur görəsən?

    Cavab yaz
  • Anonim
    Nara · 3 İyul 17:37128

    Bu yazıq Zaur geri gələndə öz cibindən də köməklik edir.. niyə hər seyi Zaurun üstünə atirsiz.. yeri gələndə heç ona lazım da deyil 3saat orda boğazını vura cira danışır.. vallah Kim olsa çoxdan o verlişi buraxıb getmişdi..indi bir nəfərə yardım çatmayanda srazi basliyirlar qaralamaga.. ayıbdı..

    Cavab yaz
  • Anonim
    Nara · 3 İyul 17:411113

    Yeri gələndə Zaurun heç kimim dedesine borçu yoxdur kiməsə kömək etməyə..gedib qohumla evlənib xəstə uşaqlar dogursuz..sonra da gəlirsiz Zaur balamı sagalt.. elə bil beləde olmalı imiş.. bəsdirin heç olmasa biraz qedr bilməyi bacaraq..

    Cavab yaz
    • Anonim
      Cavab · 3 İyul 23:59115

      Sizin sozunuzdən bele çıxır ki Zaur pulları cibindən verir? Xəstə uşaqlar təkcə qohumla evlənəndə olmur.Allahin qisməti.Hec kim qurrelənməsin ki mənim uşağım sağlamdır

      Cavab yaz
  • Anonim
    S R, · 3 İyul 18:01150

    Vallah adam utanır bunlardan.Bu qədər sərvəti olan bir ölkənin insanlarına dilənçliklə pul yıqmaq olarmı.Bizim kanallara bütün dünya baxır.Onların təsəffüründə biz dilənçi ölkədə yaşayırıq.4 milyon bir uşaqa yıqıldı 4milyona iynə olar?Bu proqlamları ləqv etsələr əla olar.

    Cavab yaz
    • Anonim
      Maqa · 4 İyul 07:0771

      Bəli var bu qiymətə iynə. Özüdə gen iynəsidi. Oglum həkimi mən soruşdum varmi dedi hə var özüdə xaricdə vururlar. Yəni ki günah yumayin. Birdə məsəl var gözünlə görmədiyin qulagi la eşitmədiyi şeylərə şahidlik etmək olmaz günahdi!

      Cavab yaz
    • Anonim
      asi · 4 İyul 12:2371

      Pul yığmaq çox ölkədə var..Əgər şəffaf şəkildə olarsa, pis bir iş deyil..Camaat bacardığı qədər kömək edir..Ölkənin maddi durumu ilə çox da əlaqəli deyil..Məsələn, ölkə bir uşaq üçün 4 mln ayırmaz, bu həm ölkəyə sərf etmir, həm də o uşaq ölkədə tək uşaq deyil..4 mln verib rayonların birində uşaq poliklinikası aça bilər ki, həmin rayonda bütün uşaqlara istifadə edilə bilsin..Ya da 4 mln-u ən azı 1000 uşaq arasında bölüşdürüb, 1000 uşaq sağalda bilər..Rusiyada da kanallarda pul yığılır, amma daha mədəni firmada, heç kim ağlaşmır, şou yaratmır..Birdən 1 uşaq üçün elə məbləğ istəyirlər ki, şok olursan və rusiya kimi bir dövlətin həmin xəstəliyə qarşı dərmanın olmamasına baxıb, özünə şükr edirsən..Ya İsraildə, ya Almaniyada, ya Abş da olur çarəsi adətən..

      Cavab yaz
  • Anonim
    ?? · 3 İyul 18:20115

    Yalan ayaq tutar, yerimez.Bunun bir sonu olmalı idi.Yardim adı ilə kanalları döndəriblər alverə.

    Cavab yaz
  • Anonim
    Vuqar · 3 İyul 18:35117

    100 minlərlə vətəndaş acından günorta durur bu Zaurlar insanların basina müsibətlər açırlar bəs niyə tədbir görən yoxdur?

    Cavab yaz
  • Anonim
    Sewa · 3 İyul 18:4491

    Bu yeterince ciddi ittihamdır. Herbici xanımına inansamda, zauruda dinlemek isterem.

    Cavab yaz
  • Anonim
    M · 3 İyul 18:4774

    mümkün bütün yollarla bu xalq soyulur,bu ölkə talan olunur.bəla ondadır ki,başqası yox,elə bu xalq özü özünü viran edir.çıqan təfəkkürüdü bu.

    Cavab yaz
  • Anonim
    Terter · 3 İyul 19:3268

    Inanmiram.

    Cavab yaz
    • Anonim
      A · 3 İyul 23:0067

      İftiradi basqa sey deyl adam ne edirse balalarimin qabagina çixsin deyir bunnan agir soz yoxdu her defe ne hala dusur bu qeder de olmaz indi şehid qazi adinan çox istifade ediler malesef

      Cavab yaz
  • Anonim
    Şuşalı Namiq · 3 İyul 23:3186

    Mənim yazıq xalqım bu Zaur şəxsən mən tanıyıram 2 milyona ev akıb Nərmanovdan hamısı xəsdələrin puludu çox şərəfsiz adamdı çox

    Cavab yaz
    • Anonim
      Şuşaliya · 4 İyul 00:4557

      Alanda yanindaydiz evi ?Nahaq danişmiyin haqq hesabi var bunun o dunyada

      Cavab yaz
      • Anonim
        Cavab · 4 İyul 08:1965

        Burda hamı öz subyektiv fikrin bildirir.Bes siz Zaurun vekilisiniz? Camaatın başın aldatmaq günah sayılmır, fikir bildirmək günah sayır.Helə şey yoxdur lap yaxşıda, Size nə düşüb?Şer atırsa günah şer atanın olacaq

        Cavab yaz
        • Anonim
          Cavaba · 4 İyul 11:0854

          Hec kimin vekili deyliy fikir bildirmeyle haqqina girirsiz kim nedu necedu bilinecey sizede duşmez onda suzde hakim olursuz

          Cavab yaz
      • Anonim
        malades · 4 İyul 11:3665

        Şuşalı, Zaur haradan qazana bilər bu qədər pulu? Yalnız aldatmaq yolu ilə. Başına daş düşsün Zaurun da, onun tərəfdaşlarının da.

        Cavab yaz
  • Anonim
    Ali · 4 İyul 08:2955

    Zaurla Xoşqədəm efir vasitəsi ilə insanların pis durumundan istifadə edərək biznes və özünü təbliğat kampaniyası aparırlar....

    Cavab yaz
  • Anonim
    AA, PA, JU.....lara · 4 İyul 09:2171

    Hər halda aidiyyatı qurumlar araşdırar. Əgər doğrudursa necə lazımdı burunlarınnan gətirəcəklər, yox əgər böhtandısa onda gərək o insan cəzasın alsın. 50/50 lap ağdıda.

    Cavab yaz
  • Anonim
    emin · 4 İyul 11:4575

    insanlar ne qeder bedbaxt olurlarsa zaurla xo.qedem bir o qeder cox pul qazanir

    Cavab yaz
  • Anonim
    111 · 4 İyul 13:3255

    MEN INANMIRAM!!!

    Cavab yaz
  • Anonim
    ¯\_(°!°)_/¯ · 4 İyul 13:4751

    Mən bilmirəm, bu xəbər nə dərəcədə doğrudur yalandı. Bunu uzaqdan baxıb demək çətindir. Amma... mənə elə gəlir ki, bu xəbərin indi çıxması təsadüfi deyil. Bu xəbərin yazılmasıyla o biri Zaur haqqında verilən xəbər bir qədər geri qaldı, qoy millət 1 az da bu Zauru söyüb cırmaqlasın, 1-2 gündən sonra da ya Xoşqədəmdən ya başqa bu fasondan yeni xəbər verilər. Belənçiy belənçiy millətin başı qarışır da...Belə lazımdı, A millət (((((

    Cavab yaz
    • Anonim
      13 .47 · 4 İyul 16:1541

      Çox dogru

      Cavab yaz
  • Anonim
    Xətrinə dəyməyək · 4 İyul 18:2405

    Bu da Əməkdar Mədəniyyət işçisidi. (((((((((

    Cavab yaz
  • Anonim
    Səma · 5 İyul 17:5822

    Mən ümumiyyətlə bu verilişlərin heç birinə baxmıram.

    Cavab yaz
    • Anonim
      Suliana · 6 İyul 16:1020

      Yalandır! İftiradır!

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics