Şou-biznes

“İri gözlər”in müəllifi vəfat etdi

30 İyun 2022 15:00
1 Şərh     Baxış: 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur amerikalı rəssamı Marqaret Kin vəfat edib.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, rəssam 94 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Marqaretin həyat yoldaşı Uolter Kin uzun müddət onun əsərlərini öz adından təqdim edib. Məlum olub ki, həyat yoldaşı Marqareti gündə 16 saat işlədib. Hətta evdə olmayanda da ona zəng edərək təzyiq göstərib. Rəssam daha sonra ərindən boşanaraq 1986-cı ildə onu məhkəməyə verib. O, bununla rəsmlərin əsl sahibinin özü olduğunu sübut edib. 

Rejissor Tim Börton 2014-cü ildə "İri gözlər" bioqrafiya filmində Marqaretin həyat hekayəsini canlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.