Şou-biznes

Tanınmış aktyor 30 illik həbs olundu

30 İyun 2022 18:07
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1990-cı illərdə ABŞ-da məşhurlaşan Qremmi mükafatlı R&B və hip-hop müğənnisi Ar Kelli (Robert Silvestr Kelli) cinsi zorakılıq ittihamı ilə 30 il müddətinə azadlıqdan məhrum edilib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, Nyu-Yorkun Bruklin şəhərindəki məhkəmədə 55 yaşlı Kelli "18 yaşından kiçik qızlara sistemli cinsi istismar" və "nüfuzdan sui-istifadə" kimi cinayətlərə görə 30 il həbs və 100 min dollar cərimə kəsilib.

Bildirilib ki, son iclasda ifadə verən zərərçəkənlərdən bəziləri qaradərili müğənninin onlara qarşı etdiyi təhqirləri və alçaldıcı azğın davranışlarını izah edərkən göz yaşlarına boğulub, keçmiş ulduza qarşı hiddətlə dolublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.