Şou-biznes

“20 il əvvəlki Lalə Məmmədova deyiləm” - VİDEO

22 İyun 2022 18:37
1 Şərh     Baxış: 1 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bəzi həmkarlarım var ki, özlərini göstərmək üçün deyirlər ki, "Biz əyləşmişdik, birdən yadımıza düşdü ki, Lalə Məmmədova var. Mələhətləşdik, qərara gəldik ki, oxumağa səni dəvət etsinlər toya. Çox gülməli şeylərdir. Sadəcə gülüb keçirəm".  

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Şourum" maqazin verilişinə müsahibəsində deyib.  

Sənətçi həmkarlarından gələn "Səni filankəsin toyuna salmışam, get oxu" təkliflərini məsxərəyə qoyub:

"Onsuzda mən məclisə girəndə, başa düşürəm ki, burada məni dinləyənlərdi. İstəyiblər, çağırıblar yoxsa, yox. Artıq bu kimi şeyləri hiss edib, görürəm. Kimsə öz yerini yaxşı etmək üçün "Mən bu təklifi ev yiyəsinə etdim" deyəndə, qarşısında duranın kimliyini unudur. Axı mən 20 il əvvəlki Lalə Məmmədova deyiləm. Gəlib kiminsə məni yadına salmaq çox gülüncdür".  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.