Şou-biznes

"Üzüm gülsə də, içim qan ağlayır"

6 İyun 2022 20:15
2 Şərh     Baxış: 1 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qapalı insanam, üzüm gülsə də, içim qan ağlayıb. Yaşadıqlarımla kimisə bezdirmək, dərd vermək istəmərəm. Bəzən qəmgin oluruq, doluram, hamıya çatacaq status paylaşıram. İnsan ölməyənə, son nəfəsinə qədər etdiyinin cəzasını ödəməyincə ölmür".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə "Şourum" proqramına açıqlamasında deyib. Sənətçi valideynlərinin səhhətində yaranan problemlərdən danışıb: 

"Yaş ötdükcə valideynlərdə problemlər yaranır. Mənim də valideynlərimin səhhətində problem var. Amma şükür, salamatdılar, yanımdadırlar. Ailədə bir çox məsuliyyəti daşıyıram. Sənət adamları tam xoşbəxt deyil. Məsuliyyəti olan rahat həyat yaşaya bilməz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.