Şou-biznes

“Yoldaşımı itirməyim ən ağır günüm olub” - Vasif Məhərrəmli efirdə ağladı - VİDEO

26 May 2022 14:07
7 Şərh     Baxış: 3 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ATV-nin "1 Dəqiqə" proqramının budəfəki qonağı müğənni Vasif Məhərrəmli olub.

Milli.Az bildirir ki, müğənni həyatının ən ağır günündən danışarkən göz yaşlarını saxlaya bilməyib.

"Övladım yaş yarım olarkən həyat yoldaşımı itirməyim həyatımın ən ağır günü idi. Ondan o tərəfə mənim ağır günüm olmayıb. 2 il sonra da atamı itirdim. El deyimi var, deyirlər ki, atalar övladlarının çiynində həyatdan getsin. Özüm də içində olmaqla valideynlərə arzulayıram ki, gecindən olmaqla övladlarının çiynində getsinlər. Amma ən ağır günüm həyat yoldaşımı itirdiyim gün idi"

Müğənninin həyat yoldaşı rəhmətə gedərkən 7 aylıq övladı da ana bətnində dünyasını dəyişib.

"O anda onu düşünmürsən. Bəlkə də məni qınayarlar, amma bətndə olanı düşünmürsən. Zaman-zaman mənə çox böhtanlar, şərlər atıldı. Hamısına sinə gəldim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.